XİN: İran və İsraildəki səfirliklərimizdən 41 vətəndaşımız ölkəyə gətirilib

“İrandakı səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xətlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür”.
AFN.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub:
“Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.