Azərbaycan XİN-dən səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı AÇIQLAMA


İranda Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə edam edilib



2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu zamanı bir səfirlik əməkdaşını öldürmüş və iki nəfəri yaralamış Yasin Hüseynzadə barəsində çıxarılmış ölüm hökmü icra olunub.



Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.



“Yasin Hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də çıxarılmış edam hökmü bu gün səhər saat 05:00-da icra olunub. Edamın həyata keçirilməsi prosesini Azərbaycanın İrandakı səfirliyinin iki əməkdaşı və Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib”, – deyə A.Hacızadə bildirib.



Onun sözlərinə görə, sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması, Azərbaycanın İran tərəfindən əsas gözləntilərindən biri olub.



Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyaların təhlükəsizliyinin təmin olunması və bu kimi əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman vacibdir. Azərbaycan-İran əlaqələrinin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsasən inkişaf etdirilməsi üçün birgə səylər davam etdirilməlidir”, - deyə o əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu