Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub


İranda 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum təşkil etmiş Yasin Hüseynzadəyə qarşı çıxarılmış edam hökmü icra edilib.



AFN.az xəbər verir ki, bu barədə İranın “ISNA” informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, məhkəmə qərarı bu gün səhər saatlarında həyata keçirilib.



Qeyd edək ki, hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub. Səfirliyin daha iki əməkdaşı — Vasif Tağıyev və Mahir İmanov isə ağır yaralanıb.



Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib və yanvarın 30-da II Şəhidlər xiyabanında dəfn edilib. O, ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.



Hücumdan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandıraraq diplomatlarını ölkədən çıxarıb. Sonradan iki ölkə arasında aparılan danışıqlar nəticəsində 2024-cü il 15 iyul tarixindən etibarən Azərbaycan səfirliyi Tehranda yeni ünvanda yenidən fəaliyyətə başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu