Hidayət Heydərov dünya çempionatında ilk görüşdə uduzdu

Hidayət Heydərov dünya çempionatında mübarizəni erkən dayandırdı
Azərbaycan cüdo millisinin üzvü Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk qarşılaşmada məğlub olaraq turniri erkən başa vurub.
AFN.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan idmançı 73 kq çəki dərəcəsində mübarizə aparıb.
Heydərov 1/16 final mərhələsində Portuqaliya təmsilçisi, gürcü əsilli cüdoçu Otari Kvantidzeyə uduzub və mübarizəni dayandırıb.
Bu, onun Paris Olimpiadasından sonrakı ilk beynəlxalq yarışında əldə etdiyi nəticədir.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandasının digər cüdoçuları – Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) də tatamiyə çıxacaqlar.