Qanada 34 məxməriçiçəyi yoluxması aşkarlanıbd


Qərbi Afrika ölkələrindən Qanada 34 məxməriçiçəyi (mpoks) yoluxması aşkarlanıb.

Qana Səhiyyə Xidmətindən (GHS) verilən açıqlamada, ölkənin 10 vilayətində yeni 34 məxməriçiçəyi yoluxmasının müəyyən edildiyi və yoluxmaların sayının 79-a yüksəldiyi bildirilib.

Virus səbəbindən 4 nəfərin xəstəxanada müalicə olunduğu və əlaqəli şəxslərin izlənməsinin davam etdiyi vurğulanan açıqlamada, ölkə üzrə müşahidə tədbirlərinin artırıldığı qeyd edilib.

Açıqlamada əhalidən səpki, hərarət, limfa düyünlərində şişlik və əzələ ağrısı kimi simptomlar göstərdikləri halda ən yaxın səhiyyə müəssisəsinə müraciət etmələri xahiş olunub.

Qana hökuməti 19 mayda bu il ilk dəfə 4 nəfərdə məxməriçiçəyi hadisəsinin aşkarlandığını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu