Lefke Universiteti və ATMU əməkdaşlıq imkanlarını müzakirə edib


Lefke Avropa Universiteti–ATMU əməkdaşlığı müzakirə edilib

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürkün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində görüş keçirdiyi ünvanlardan biri də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) olub.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev AFN.az-a açıqlamasında bildirib ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Burada onlara 1-ci və 2-ci Qarabağ müharibəsi haqqında məlumat verilib. Nümayəndə heyəti 2-ci Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını da ziyarət edərək, abidəyə əklil və gül dəstələri qoyub. Burada onlara ümummilli liderin keçdiyi şərəfli və çətin həyat yolu ilə bağlı geniş məlumat verilib.

Daha sonra Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk, Lefke Avropa Universitetinin rektoru Prof. Dr. Mehmet Yükselen, universitetin idarə heyətinin üzvü Timurçin Pirqalioğlu ATMU-nun rektoru İlham Mədətovla görüşüblər.

Görüş zamanı ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkədaxili tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat verib. Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri əsas prioritet istiqamət kimi dəyərləndirilib. Lefke Avropa Universitetinin nümayəndələri öz növbəsində Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu