Lisey və gimnaziyalara qeydiyyat başladı – Siyahı və tarixlər

Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır. Qeydiyyat 20 iyun 2025-ci il tarixinə qədər davam edəcək.
AFN.az xəbər verir ki, qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı vasitəsilə aparılacaq.
Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər. Əlavə məlumat və texniki dəstək üçün sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edilə bilər.
📋 Qəbul prosesi həyata keçirilən müəssisələr:
- Bakı, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya
- Bakı, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya
- Bakı, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya
- Bakı, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya
- Bakı, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
- Bakı, Kimya-biologiya təmayüllü Respublika liseyi
- Bakı, 16 nömrəli texniki-humanitar lisey
- Bakı, 2 nömrəli texniki-humanitar lisey
- Bakı, 147 nömrəli texniki-humanitar lisey
- Bakı, Texniki humanitar lisey
- Bakı, 291 nömrəli “Ekologiya” liseyi
- Bakı, Rəqəmsal biliklər liseyi
- Bakı, Akademik Z.Əliyeva adına lisey
- Sumqayıt, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi
- Sumqayıt, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi
- Sumqayıt, “Təfəkkür” liseyi
- Sumqayıt, Təbiət elmləri təmayüllü gimnaziya
- Qobustan, 2 nömrəli tam orta məktəb
- Xaçmaz, Zərifə Əliyeva adına 8 nömrəli lisey
- İsmayıllı, Talıstan liseyi (internat)
- Quba, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
- Naxçıvan, Qızlar liseyi
- Şamaxı, texniki, humanitar və təbiət təmayüllü lisey
- Gəncə, Fizika, riyaziyyat və informatika təmayüllü lisey
- Gəncə, Xarici dillər təmayüllü gimnaziya
- Şəki, Kimya-biologiya təmayüllü lisey
- Şəmkir, Kimya-biologiya təmayüllü lisey
- Şirvan, Kimya-biologiya təmayüllü lisey
- Ağdaş, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya
- Biləsuvar, texniki fənlər təmayüllü məktəb-lisey
- Ağstafa, Texniki-humanitar təmayüllü lisey
- Oğuz, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət təmayüllü lisey
- Mingəçevir, S.Vurğun adına 16 nömrəli tam orta məktəb
- Lənkəran, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey
- Masallı, “Dəfinə” məktəb-liseyi
- Beyləqan, Humanitar fənnlər təmayüllü lisey
- Şərur, Fizika, riyaziyyat təmayüllü lisey
- Bərdə, Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey
- Salyan, Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət təmayüllü lisey
📅 Qəbul imtahanlarının tarixləri:
- 25 iyun 2025 – 7 və 8-ci siniflərə qəbul
- 26 iyun 2025 – 6-cı siniflərə qəbul
- 27 iyun 2025 – 5-ci siniflərə qəbul
Daha ətraflı məlumat üçün rəsmi portal: https://sy.edu.az