Fairmount Parkda qanlı gecə: 2 ölü, 9 yaralı

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Fairmount Parkda baş verən silahlı hücum nəticəsində 2 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Filadelfiya polisi silahlı insidentin yerli vaxtla saat 22:27-də baş verdiyini açıqlayıb. İlkin məlumatlara görə, hücumda 2 nəfər həyatını itirib, 15 və 17 yaşlı yeniyetmələrin də daxil olduğu 9 nəfər isə yaralanıb. Yaralıların vəziyyətinin stabil olduğu bildirilib.
Hadisə ilə bağlı istintaq davam edir.