S.Bəhlulzadə adına XDTG 2024-2025 buraxılışında fərqləndi – Şagirdlərdən rekord nəticələr

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya (XDTG) ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə 2024-2025-ci buraxılış imtahanı nəticələri üzrə göstəricilərini açıqlayıb.
AFN.az xəbər verir ki, XDTG-nin bir şagirdi - Tahirov Ayxan imtahanlarda maksimum 300 balı yığaraq gimnaziyanın adını azsaylı təhsil müəssisələrinin siyahısına salıb. Bundan əlavə, imtahana qatılan şagirdlərin orta balı 244 olub ki, bu da ölkə üzrə bir neçə ortə təhsil müəssisəsinin göstəricisi ilə yarışır.
Gimnaziyanın 9-cu sinfini bitirən 68 nəfər (53 faiz) şagird 250-dən, 110 nəfər (86 faiz) şagird 200-dən çox bal toplayıb. 8 nəfər Azərbaycan dili, 5 nəfər riyaziyyat, 16 nəfər isə ingilis dilindən maksimum 100 balı toplayıb.
Qeyd edək ki, bu, gimnaziyada son bir neçə ildə aparılan təhsil islahatları nəticəsində əldə edilən göstəricilərdir. Yüksək nəticə göstərən şagirdlərin sayının bundan sonra da artacağı proqnozlaşdırılır.