Sahil Babayev Maliyyə Nazirliyində islahatlara başladı: bir neçə şöbə ləğv edildi


Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.



AFN.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilibregional idarələr yaradılıb.



Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.



Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.



Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.



Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu