İmişlidə Ağsaqqallar Şurasına yeni sədr seçildi


İmişli Ağsaqqallar Şurasına yeni sədr seçildi



Bu gün İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib. Yığıncaqda açıq səsvermə yolu ilə Əməkdar müəllim Ramiz Əmirovİmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.



Qeyd edək ki, Ramiz Əmirov 2021-ci ilin mayından 2024-cü ilin aprel ayına kimi həmin şuranın sədri olub. O, həmçinin uzun illər İmişli Rayon Təhsil Şöbəsinə rəhbərlik edib və bölgənin tanınmış ziyalılarından biri sayılır.



Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günümünasibətilə keçirilən tədbirdə keçmiş sədr Saleh SəmədovunSSRİ bayrağı altında və sinəsində “Georgi lenti” ilə çıxış etməsi ictimai narazılığa səbəb olmuşdu.



Bunun ardınca Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinövbədənkənar iclas keçirərək Saleh Səmədovu vəzifəsindən uzaqlaşdırmışdı. Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyevisə bir gün sonra istefa ərizəsi təqdim edib.



Saleh Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra onun çoxsaylı əmlaklara və biznes şəbəkəsinəsahib olması ilə bağlı məlumatlar da ictimaiyyətə çıxıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu