Nikol Paşinyanın daha bir adamı istefa verib


Ermənistanın paytaxtı Yerevanın Ağsaqqallar Şurasının sədri Arpenik Marutyan istefa ərizəsi yazıb.



“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu şuranın martın 16-da keçirilən iclasında Yerevanın meri Hayk Marutyan məlumat verib.

“Onun mandatı Arman Babacanyana ötürülüb”, - mer bildirib.

Xatırladaq ki, Ağsaqqallar Şurasında “Mənim Addımım” fraksiyasının üzvü olan Arpenik Marutyan ermənilərin qondarma soyqırımla bağlı yaratdıqları muzeyin direktoru Arutün Marutyanın qızıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu