Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi


Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.



Bakı Apellyasiya Məhkəməsi yekun qərarını elan edib.

Məhkəmə birinci instansiyanın çıxardığı hökmü qanuni hesab edib və şikayəti təmin etməyib.

Bununla da hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Tofiq Yaqublu 2023-cü ilin dekabr ayında saxlanılıb. O, külli miqdarda dələduzluqdarəsmi sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu