Tofiq Yaqublu azadlığa buraxıldı
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbs müddəti başa çatıb və o, bu gün azadlığa buraxılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
O əlavə edib ki, atası xəstəxanadan çıxıb və evə doğru gəlir.
Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.
***
Tofiq Yaqublu hazırda evindədir.
Onun evdə olması ilə bağlı qızı Nigar Həzi sosial media hesabında paylaşım edib.