Kürdəmirdə əməliyyat edilən qadın öldü - YENİLƏNİB


TƏBİB-dən bildirilib ki, 12.05.2025-ci il tarixində saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.

Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti 13.05.2025-ci il tarixində saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.

Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür.

***

Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib.


AFN.az Qafqazinfoya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.

Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib.

Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu