“Son zəng”lə bağlı rəsmi xəbərdarlıq edildi


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 207 saylı məktəbin direktorunun “Son zəng”lə bağlı pul tələb etməsi kimi neqativ haldan xəbərdardır, bununla bağlı komissiya yaradılıb.


AFN.az xəbər verir ki, bunu agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müvafiq yoxlamalar aparılıb: “Son zəng” tədbiri ilə bağlı Agentliyin təlimatı var. Həmin təlimata əməl etmək lazımdır. Təhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı çağırışlar edirik. Bütün təhsil müəssisələrinə nümunəvi protokol göndərilib. Tədbirlərdə şagirdlərin çıxışları, yaradıcı hissələr nəzərdə tutulub. Amma təmtəraqlı, ciddi maliyyə yükü olan tədbirin keçirilməsi yolverilməzdir”.

E.Bağırov bildirib ki, MÜTDA tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır: “207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılıb, həmin direktorla olan əmək münasibətlərimizə son verilib.

Buradan bir daha məktəb rəhbərliklərinə və təhsil müəssisələrində çalışan həmkarlarımıza çağırış edərək bildiririk ki, müəssisə daxilində hər hansı pozuntu halları tərəfimizdən yolverilməz hesab edilir və bu kimi hallara qarşı barışmaz mövqedəyik. Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu