Stomatologiya sahəsində də monitorinqlərin aparılacaq

Stomatologiya sahəsində də monitorinqlərin aparılması gözlənilir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında deyib. O bu barədə səhiyyə naziri ilə danışdığını bildirib: "Nazirlə söhbətimizdən bəlli oldu ki, estetik cərrahiyyə ilə bağlı problemlər ciddi olduğuna görə, onların monitorinqini ilk mərhələyə salıblar. Gələcəkdə ölkədə bütün ixtisaslar üzrə belə monitorinqlərin aparılması nəzərdə tutulub. Əminəm ki, stomatologiya sahəsində də monotorinq aparılacaq. Stomatoloji xidmətlər kifayət qədər vacibdir və insanların ən çox müraciət etdiyi sahədir”.