Əhliman Əmiraslanov:
"Bu gün ölkədə dərman vasitələrinin baha olması və keyfiyyəti ilə bağlı problem var".
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin istifadə etdiyi əsas dərmanlar xarici ölkədən idxal olunacağı dövrədək problem həllini tapmayacaq: "Çünki problemin hələ də qalmasının səbəbi ölkədə dərman istehsalının olmamasıdır".