ABŞ-ın Sənaya zərbələri nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb

ABŞ-ın Yəmənin Husilərin nəzarəti altında olan Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yəmənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, ABŞ-ın Fərva bölgəsindəki bazara hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb, daha 30 nəfər yaralanıb”, – deyə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı nazirliyə istinadən bildirib.
Səhiyyə Nazirliyi xilasetmə qruplarının dağıntılar altında qurbanların axtarışını davam etdirdiyini və qurbanların sayının arta biləcəyini qeyd edib.
Telekanalın məlumatına görə, ərazidə yerləşən yaşayış binalarına və bazar obyektlərinə xeyli maddi ziyan dəyib.