İspaniyada məktəbli yeməklərində şəkər, duz və qızardılmış qidalara məhdudiyyət qoyulub

İspaniya hökuməti məktəblərdə şagirdlərə verilən yeməklərdə şəkər, duz və qızardılmış qidaların məhdudlaşdırılması və gündəlik menyularda tərəvəz və meyvə tələbinin qoyulması barədə qərar qəbul edib.
Nazirlər Şurasının növbəti həftəlik iclasından sonra açıqlama verən Sosial Hüquqlar, İstehlak və 2030 Gündəliyi naziri Pablo Bustinduy universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tələbə menyularında hər gün təzə meyvə-tərəvəz xidmətinin və həftədə bir-üç dəfə balıq xidmətinin məcburi olacağını bildirib.
Şagirdlərin daha sağlam qidalanmaları üçün 4 nazirlik (Təhsil, Kənd Təsərrüfatı, Səhiyyə, Gənclik) ilə birgə araşdırma apardıqlarını bildirən Bustinduy, qızardılmış qidaların, şəkərli və duzlu qidaların istehlakının məhdudlaşdırılacağını və işlənmiş xəmir məhsullarının tamamilə aradan qaldırılacağını bildirib.
İspaniyalı nazir qanunun şagirdlərin daha çox meyvə, tərəvəz, balıq və paxlalılar, həmçinin mövsümi və orqanik qidalarla sağlam qidalanma vərdişləri ilə təmin olunmasına zəmanət verəcəyini və bunun bütün dövlət, dövlət tərəfindən dəstəklənən və özəl məktəbləri əhatə edəcəyini bildirib.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, məktəb menyularında meyvə-tərəvəz hər gün verilməli, onların ən azı 45 faizi mövsümi, ayda ən azı iki boşqab yemək və ümumi ərzaq məhsullarının 5 faizi ekoloji təmiz məhsul olmalıdır.
Bundan əlavə, məktəblərdəki avtomatlarda aşkar edilmiş ərzaq məhsullarında əvvəlcədən bişmiş şirniyyatların satışı da qadağan ediləcək.
Məqsədlərinin daha sağlam və davamlı qidalanma modellərini təşviq etmək, eləcə də yerli istehsalı gücləndirmək olduğunu qeyd edən Bustinduy, "Bu yeni tətbiq ABŞ-ın başlatdığı beynəlxalq tarif müharibəsi səbəbiylə yaşadığımız çətin vəziyyətdə İspan fermerləri üçün faydalı olacaq" deyib.
"Aladino" adlı bir dərnəyin dərc etdiyi araşdırmanın nəticələrini paylaşan Bustinduy, İspaniyada illik gəliri 18 min avrodan az olan ailələrdən gələn 6-9 yaş arası şagirdlərin 47 faizinin təzə qida qəbul edə bilmədikləri və ya tam səhər yeməyi yeyə bilmədikləri üçün artıq çəkili olduqlarını ifadə edərək, bu qanunun həm də sağlamlıq bərabərsizliklərini azaltmağı hədəflədiyini deyib.