Kitab sevənlər üçün xoş xəbər


Aprelin 12-də yeni yaradılan "Park" nəşriyyatının təqdimatı olacaq.


AFN.az xəbər verir ki, bu haqda nəşriyyatın təsisçisi, şair Şəhriyar Del Gerani məlumat verib.

Nizami Kino Mərkəzində baş tutacaq təqdimatda nəşriyyatın çap etdiyi yeni kitablar da təqdim olunacaq. Tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim ediləcək. Şair Salam Sarvan və yazıçı Mirmehdi Ağaoğlu oxucular üçün kitab imzalayacaqlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu