İtkin balıqçının qardaşı: DNT analizi verməli oldum, sonra işlər bir az da çətinləşdi


2025-ci ilin yanvarın 13-də itkin düşmüş hesab edilən balıqçı Lənkəranın Siyəvar kənd sakini 41 yaşlı Mahmud İbayevin cənazəsi İrandan Azərbaycana gətirilib.


Mərhum balıqçının qardaşı Rəşad İbayev jurnalistlərə açıqlamasında onun ölkəyə gətirilməsi prosesindən danışıb.

"İrana gedəndə dedilər ki, sənədləri toplamaq lazımdır. İki gün içində aidiyyəti qurumlardan tələb olunan sənədləri yığdım. Daha sonra DNT analizi verməli oldum. Bundan sonra işlər bir az da çətinləşdi. Bütün sənədləri toplamaq bir həftə çəkdi. Nəhayət, qardaşımı Azərbaycana gətirə bildim. Artıq ziyarət etməyə yerimiz var", - deyə o bildirib.

Ətraflı "Baku TV"-nin süjetində:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu