Finlandiya Ukraynanın vergi sistemini dəstəkləmək üçün 1,6 milyon avro ayırıb


Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.

"Ukraynanın Dövlət Vergi Xidmətinə (DVX) etimadın gücləndirilməsi layihəsi Ukraynanın daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin həyata keçirilməsi üçün 2025-2028-ci illərdə 1,6 milyon avro ayrılıb", - deyə mətndə qeyd olunur.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Finlandiyanın vergi orqanları və Dövlət Vergi Xidməti layihəni birgə həyata keçirəcək, bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları effektiv və şəffaf vergi sistemi yaratmaq və Ukraynada özəl sektorun fəallığını artırmaq məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu