Karni: ABŞ heç vaxt Kanadanı ələ keçirə bilməyəcək

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Kanadanı zəiflətmək və ölkəni Vaşinqtonun təsiri altına salmaq istəyinin qarşısını ala biləcəyini bildirir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o özü deyib. "Mən Kanadanı zəiflətmək cəhdini, bizi tapdalamaq və sındırmaq cəhdlərini dəf edəcəyəm ki, Amerika bizi götürə bilməssin. Bu, heç vaxt baş verməyəcək", - deyə o, bildirib. Baş nazirin çıxışı milli televiziya kanallarında yayımlanıb. "Biz öz evimizin ağalarıyıq, biz öz iqtisadi taleyimizi idarə edə biləcəyik", - deyə hökumət başçısı vətəndaşları əmin edib.
Karni həmçinin ABŞ prezidentinin daha əvvəl aprelin 2-si üçün elan etdiyi rüsumlara cavab veriləcəyini deyib.