Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək


Kanadanın baş naziri Mark Karni aprelin 28-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.


"Mən indicə Kanadanın Baş Qubernatoru Meri Saymondan parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim. O, razılaşdı", - deyə Karni milli televiziyada yayımlanan xüsusi müraciətində deyib.

Baş nazir izah edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarını ölkənin iqtisadi problemlərini tez bir zamanda düzəltmək və ABŞ administrasiyasının tarif siyasətinə cavab vermək zərurəti ilə verib. "Bunun üçün mənim və hökumətin əhalinin güclü dəstəyinə ehtiyacımız var" - deyə Karni əlavə edib.

Normal şərtlərdə Kanadada seçkilər oktyabrın 20-nə təyin olunmalı idi və ölkə parlamenti martın 24-də işə qayıtmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu