İsrail təyyarələri Beyrutun cənubuna zərbələr endirib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın paytaxtının cənubunda şiə Hizbullaha məxsus obyektə hücum edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, təyyarələr gecə saatlarında şəhərin üzərində alçaq hündürlükdə uçub, bundan sonra güclü partlayış səsi eşidilib.

"Terrorçuların əsas qalasına zərbələr ABŞ-ın əmri ilə həyata keçirilib. Zərbənin hədəfi HƏMAS yaraqlılarına rəhbərlik edən və onlara mülki İsrail vətəndaşlarına qarşı genişmiqyaslı terror hücumu planlaşdırmağa kömək edən "Hizbullah" terrorçusu olub. Terrorçunun təhlükəli olması səbəbindən İDF onu məhv edib", - deyə İsrail ordusunun yaydığı bəyanatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu