"Bloomberg"in keçmiş meneceri ailəsi ilə birlikdə ölü tapılıb


"Bloomberg"in keçmiş əməkdaşı Riçard Samarel ailəsi ilə birlikdə Cənubi Karolinadakı malikanəsində ölü tapılıb.


AFN.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, polis narahat olan qonşuların zəngindən sonra martın 29-da səhər saatlarında Riçardın, arvadı Linanın və doqquz yaşlı qızı Samantanın cəsədlərini aşkar edib.

Hələlik hadisənin təfərrüatları açıqlanmayıb, cütlüyün və övladının ölümünün qəza və ya qətl olub-olmadığı bilinmir. "Ətraflı təfərrüatlar yaxın vaxtlarda açıqlanacaq, çünki koroner idarəsi və agentliyimiz bu hadisə ilə bağlı araşdırmalarını davam etdirə bilər", - deyə yerli şerif ofisindən bildiriblər.

“New York Post”un məlumatına görə, hadisə zamanı cütlüyün digər uşaqları, başqa bir qızı və bir oğlu məktəbdə olub. Qəzetin yazdığına görə, Riçard Samarel əvvəllər "Bloomberg"də qiymətli kağızlar meneceri, Lina isə ABŞ Veteranlarla İş Departamentində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu