İsraildə festivala qatılan 260 nəfərin cəsədi tapılıb


İsrailin könüllü xilasetmə fəaliyyətləri ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən "Kibbutz Reim"də azı 260 cəsəd aşkar ediblər.


Bu barədə “The Jerusalem Post” qəzeti təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, həlak olanların hamısı Fələstinin HƏMAS radikal qruplaşmasının hücumu zamanı açıq havada keçirilən "Nature Party"musiqi festivalında olub. Bildirilir ki, radikallar tədbirin bir çox iştirakçısını güllələyiblər, ölənlərin sayı arta bilər.

Bundan əlavə, HƏMAS üzvlərinin festivalda olan ən azı 10 qızı Qəzza zolağına apardığına dair sübutlar var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu