Norveçin "Bryne" klubundan matçın oyunçusuna maraqlı hədiyyə

Erlinq Haalandın karyerasına başladığı "Bryne" futbol klubu "Bodo/Glimt"ə 1-0 uduzduğu matçın ən yaxşı oyunçusu seçilən qapıçı Jan de Boerə 4 qutu yumurta hədiyyə edib.
Norveç liqasında dünən keçirilən matçda "Bodo/Glimt"ə 1-0 uduzan "Bryne" klubunun qapıçısı Jan de Boer matçda göstərdiyi yaxşı performans sayəsində matçın oyunçusu seçilib.
Yumurta mükafatının seçimi klubun yerli əkinçilik və heyvandarlıqla bağlı olmasından irəli gəlir.
Klubun əkinçiliklə əlaqəsi olduğu üçün azarkeşlər VIP bilet xidməti kimi meydançada traktor çömçəsində matçları da izləyə bilərlər.
Klubun gələn həftə matçın oyunçusunu yerli südlə mükafatlandıracağı bildirilir.