Aİ Belarusa qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı Ukrayna münaqişəsində Rusiyaya dəstək verdiyi səbəbi ilə Belarusa qarşı sanksiyaları genişləndirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyalar siyahısına daha 25 nəfər və 7 şirkət əlavə edilib. Bu barədə müvafiq qaydaların dərc olunduğu Aİ-nin rəsmi jurnalında deyilir.
Sənəddə qeyd edildiyi kimi, qara siyahıya, xüsusən də Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan və digər işçilər, hakimlər və sahibkarlar daxil edilib. Bundan əlavə, "ASC İnteqral", "MMC Ridotto", "RPUP Precision" elektromexanika zavodu və "Tsybulka-Bel MMC"-yə qarşı sanksiyalar tətbiq edilib.
Aİ sanksiyaya məruz qalan şəxslərin Aİ ölkələrinə səyahətini qadağan edir və Aİ ərazisində tapılarsa, onların aktivləri dondurulacaq.