London Rusiya ilə Avropanı “qırğına” təhrik etmək istəyir - Zaxarova


Britaniya hakimiyyəti Avropa İttifaqını Rusiya ilə qırğına təhrik etməyə çalışır.


AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. "Onların “qızıl arzusu” Avropa ölkələrini münaqişəyə sövq etmək, sonra isə “Anqlosakson alyansına” qoşulmaqdır" - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Britaniya hakimiyyəti Ukraynaya sülhməramlı missiya göndərmək təşəbbüsünün təhlükəsini başa düşür və buna görə də şevronlardan və ya fərqləndirici işarələrdən istifadə etməkdən imtinanı nəzərdə tutan Qərb ölkələrinin mümkün sülhməramlı kontingentinin hərbi formasının depersonalizasiyası ideyasını “qorxaqcasına irəli sürür”.

"Biz onların niyə belə etdiklərini başa düşürük. Onlar Avropanı Rusiya ilə qırğına təhrik etməlidirlər. Onların özləri, London, sizə xatırlatmaq istəyirəm ki, bir vaxtlar Avropa İttifaqından ayrılıblar. İndi də Avropa İttifaqının iqtisadiyyatını alt-üst etdikdən sonra qızıl xəyalı həm də bütün Avropa qitəsini darmadağın etməkdir. Özləri də Anglo-Sakson alyansına qoşulacaqlar" - deyə XİN rəsmisi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu