Millimiz Moldovaya böyük hesabla uduzdu


Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.


U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu