Ukrayna Macarıstan və Rumıniya ilə sərhədə nəzarəti gücləndirib


Ukraynanın Dövlət Sərhəd Xidməti ölkənin Macarıstan və Rumıniya ilə sərhədində nəzarəti gücləndirib və patrul xidməti üçün xüsusi texnikadan istifadə olunacaq.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Zarkarpatiyada nəzarət gücləndirilib: sərhədin mühafizəsi üçün əlavə qüvvələr yerləşdirilib. Sərhədçilər Rumıniya və Macarıstanla sərhədin ən həssas hissələrini gücləndiriblər", - deyə departamentin Telegram kanalında yaydığı bəyanatda deyilir.

Bildirilir ki, sərhəd nəzarəti zamanı xüsusi texnika, pilotsuz uçuş aparatları və pilotlu təyyarələrdən, həmçinin xüsusi vasitələrdən istifadə olunacaq. “Bu, bizə pozuntularla daha effektiv mübarizə aparmağa və təhdidlərə operativ reaksiya verməyə imkan verəcək”, - deyə Dövlət Sərhəd Xidməti nəzarətin gücləndirilməsi qərarının səbəbini açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu