Türkiyədə 340-dan çox etirazçı saxlanılıb

Müxalifətin kütləvi nümayişlərindən sonra Türkiyə polisi tərəfindən 340-dan çox etirazçı saxlanılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
"İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Eskişehir, Konya və Ədirnə şəhərlərində dünən axşam saatlarında keçirilən etiraz aksiyaları zamanı 343 şübhəli saxlanılıb. İctimai asayişi pozmaq, ölkəmizin əmin-amanlığını və təhlükəsizliyini təhdid etmək, xaos və təxribat törətmək istəyənlərə zərrə qədər şans buraxmayacağıq" - deyə Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, həbslər İstanbul Bələdiyyəsinin İstanbul Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə apardığı araşdırmadan sonra həyata keçirilib.