Boks üzrə keçmiş dünya çempionu Corc Forman vəfat edib

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Corc Forman 76 yaşında vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə onun yaxınları İnstaqram səhifəsində vida yazısı dərc edərək məlumat veriblər.
"21 mart 2025-ci ildə sevdiklərimizin əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Göndərdiyiniz sevgi və duaları yüksək qiymətləndirir və bu insanın qeyri-adi həyatına hörmətlə yanaşırıq" - deyə onlar bildiriblər.
Forman 1949-cu ildə ABŞ-da anadan olub və 1969-1977 və 1987-1997-ci illərdə ağır çəkidə mübarizə aparıb. Amerikalı Dünya Boks Şurası (WBC), Dünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyasına görə çempion olub. O, iki dəfə "The Ring" jurnalı tərəfindən "İlin boksçusu" mükafatına layiq görülüb (1973, 1976). 1994-cü ildə 45 yaşında boks tarixində ən yaşlı dünya çempionu oldu, 2010-cu ildə WBA və IBF titullarını qazanıb, bu rekordu ondan sonra həmyerlisi Bernard Hopkins qırıb, lakin Foreman ən yaşlı ağır çəki çempionu olaraq qalıb.
1968-ci il Olimpiya Oyunlarında da qızıl medal qazanıb. Ümumilikdə Foreman peşəkar rinqdə 81 döyüş keçirib, 76-da qalib gəlib (68-də nokautla) və 5-də məğlub olub.