Amerikalı aktyor Uinqz Hauzer vəfat edib


Teleseriallardakı rolları ilə tanınan amerikalı aktyor Uinqs Hauzer 77 yaşında dünyasını dəyişib.


AFN.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" jurnalı aktyorun qızına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Hauzer martın 15-də Kaliforniya ştatının Santa Monika şəhərindəki evində dünyasını dəyişib. Ölümün səbəbinin xroniki obstruktiv ağciyər xəstəliyi olduğu bildirilir. Aktyorun qızı Bricit Hauzer onun son günlər oksigendən istifadə etdiyini bildirib.

Hauzerin aktyorluq karyerası 1960-cı illərdə başlayıb. O, daha çox "Vitse Squad" (1982), "Tough Guys Don't Dance" (1987), "Rubber" (2010) filmlərində, "House, M.D." (2004-2012) və "The Young and the Restless" (1973) seriallarında oynadığı rolları ilə tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu