ABŞ və Ukrayna çox yaxın gələcəkdə resurs sazişi imzalayacaqlar - Tramp

ABŞ və Ukrayna ən qısa zamanda Ukrayna resursları ilə bağlı saziş imzalayacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.
"Bizim gördüyümüz işlərdən biri də yaxın vaxtlarda Ukrayna ilə nadir torpaq metalları üzrə saziş imzalamaqdır”, - deyə o, qeyd edib.
Tramp bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib: "Bir neçə dəqiqə əvvəl mən də mühüm faydalı qazıntıların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyada nadir torpaq metalları, minerallar və daha çox şeylərin işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq, Ukrayna ilə imzalanacaq müqavilə xüsusi əhəmiyyət daşıyır".