Heydər Əliyev Fondu Azər Rəşidoğlunu müalicəyə göndərir


Heydər Əliyev Fondu tanınmış jurnalist Azər Rəşidoğlunun xaricdə əməliyyatı ilə bağlı media nümayəndələrinin, Milli Məclisin deputatları, Elmlər Akademiyasının alimləri, QHT rəhbərlərinin müraciətinə müsbət cavab verib.


AFN.az-ın xəbərinə görə, bu barədə jurnalist özü məlumat verib:

"Əziz dostlar, sevimli yurddaşlar! Bilirəm ki, səhhətimlə bağlı narahatsınız. Sizə şad xəbərim var. Bir qrup media təmsilçisi, Milli Məclisin deputatları, Elmlər Akademiyasının alimləri, QHT rəhbərləri xaricdə müalicəmlə bağlı Cənab Prezidentə, hörmətli Mehriban xanıma müraciət etmişdilər. Açığı, ilk gündən dostlar təkid edirdi ki, xaricdə əməliyyat olunum. Lakin buna razı olmurdum və düşünürdüm ki, baş tacımız olan qazilər diqqətə daha çox layiiqdirlər.

İlk əməliyyatı Onkologiya Mərkəzində elətdirdim. Lakin xəstəlik getdikcə şiddətlənməyə başladı. Xaricdə və ölkədəki həkimlərlə məsləhətləşdim, hər kəs mütləq xarici ölkələrin birində yenidən əməliyyat olunmağımı məsləhət gördü. Dostlarımız Cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna yardım xahişi ilə müraciət etdilər. İnanırdım ki, müsbət reaksiya olacaq, ancaq bu qədər tez reaksiyanın olacağını ağlıma gətirə bilməzdim. Bu gün Heydər Əliyev Fondundan dəfələrlə zəng oldu və ən yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlarını və sona qədər yanımda olacaqlarını dedilər. Hətta sənədlə bağlı kiçik problem yaranmışdı, anındaca həll etdilər. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin cənab Prezidentin şəxsi nəzarətində olduğunu dedi.

İmza verən, imza yığan, sosial şəbəkədə paylaşan, media dəstəyi verən hər kəsə, o cümlədən cənab Prezidentə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm. İnşəallah ki, tezliklə tam sağaldığımı sizə xəbər verəcəyimə inanıram. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı. Allah Azərbaycanımızı qorusun! Hər birinizə təşəkkür edirəm! Allah sizi qorusun!".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu