BMT: Rusiya və Ukrayna əsgərləri qarşılıqlı hərbi cinayət törədiblər


BMT Komissiyası BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində hesabat dərc edib.



Hesabatda qeyd olunub ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə çərçivəsində rus əsgərləri tərəfindən dinc əhaliyə qarşı törədilən “geniş və sistematik zorla itklər” insanlığa qarşı cinayətdir.

Xəbərdə Rusiya hakimiyyətinin Ukraynanın bütün əyalətlərində çoxlu sayda mülki vətəndaşı saxladığı, bölgələrə nəzarəti ələ keçirdiyi və qurbanlar arasında hərbi hədəflər üçün təhlükə olaraq görülən insanların, eləcə də dövlət qulluqçularının və jurnalistlərin olduğu bildirilib.

Hesabatda saxlanılan ukraynalıların işgəncələrə və cinsi zorakılığa məruz qaldığı bildirilib:

"Bir çoxları aylar və ya illərdir itkin düşüb. Bəziləri ölüb. Çoxlarının taleyi və harada olduğu bilinmir və onların ailələri dəhşətli qeyri-müəyyənlik içərisindədir. Biz aşkar etdik ki, silahlı münaqişədə hər iki tərəf artıq özlərini müdafiə edə bilməyən yaralı əsgərləri öldürmək və ya yaralamaq üçün pilotsuz təyyarələrdən istifadə edib. Bu, müharibə cinayətidir".

Hesabatda həmçinin Ukrayna hakimiyyət orqanlarının Rusiya hakimiyyət orqanları ilə əməkdaşlıqda ittiham etdikləri şəxslərə qarşı törətdiyi bir sıra insan haqları pozuntuları da təsvir edilib.

Rusiya və Ukrayna arasındakı müharibə səbəbindən bir çox qurbanların ciddi pozuntulara və cinayətlərə məruz qaldığı qeyd edilən hesabatda sülh proseslərinin davamlılığına töhfə verən hər cür hesabatlılığın vacibliyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu