NATO-nun Qrenlandiya məsələsində vasitəçilik etmək niyyəti yoxdur - Rutte


NATO ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı ərazi mübahisəsində vasitəçilik etmək niyyətində deyil.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan NATO-nun baş katibi Mark Rutte "Bloomberg"ə müsahibəsində bildirib.

NATO-nun Danimarka və ABŞ arasında Qrenlandiya məsələsində vasitəçilik etməli olacağı bir vəziyyətin gözlənilməməsi ilə bağlı suala o, belə cavab verib: "Xeyr, ABŞ və Danimarkanın intensiv dialoq apardığını görürəm, bu məsələni onların arasında buraxıram".

Bununla yanaşı, Rutte vurğulayıb ki, Qrenlandiya məsələsi daha ​​genişdir və NATO Arktika regionunda hərbi potensialını gücləndirməli, o cümlədən Rusiyadan ciddi şəkildə geridə olan buzqıran donanmasını artırmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu