Polşa Ukrayna üçün 5000 "Starlink" terminalı alacaq

Polşa Ukrayna üçün Amerikanın "Space X" şirkətindən əlavə olaraq 5000 "Starlink" peyk rabitə terminalı alacaq.
Bu barədə ölkənin rəqəmsallaşma naziri Kşiştof Qavkovski bildirib.
"Biz daha 5000 Starlink terminalının alınması prosesindəyik" - deyə o bildirib. Nazirin sözlərinə görə, Varşava bu terminallardan 30 minə yaxınını artıq çatdırıb. Nazir əlavə edib ki, onların saxlanılması üçün illik xərclər Polşaya 200 milyon dollara başa gəlib.
Ukraynada "Starlink" terminallarının mümkün bağlanması ilə bağlı spekulyasiyalar "Space X"-in sahibi İlon Maskla Polşanın xarici işlər naziri Radoslav Sikorski arasında X-də mübahisə mövzusuna çevrilib.