El Salvador Prezidenti bitkoin almağa davam edəcəklərini söylədi


El Salvador prezidenti Nayib Bukele ölkənin strateji ehtiyatlarını gücləndirmək üçün bitkoin almağa davam edəcəklərini açıqlayıb.



Bukele bu barədə sosial media platforması X hesabından verdiyi açıqlamada bildirib.

Yerli mətbuatın yazdığına görə, bitkoin 2021-ci ildə qanuni ödəniş vasitəsi kimi qəbul edilsə də, ölkədə gözlənilən diqqəti görməyib.

Bitcoin.gob.sv/es saytındakı məlumatlara görə, El Salvadorun ehtiyatında ümumi dəyəri 534 milyon dollardan çox olan 6101 bitkoin var.

Digər tərəfdən, yanvarın sonunda El Salvador Qanunvericilik Məclisi bitkoin haqda qanuna dəyişiklik edərək, bizneslərin bu kriptovalyutanı qəbul etmə öhdəliyini aradan qaldırıb.

Bundan əlavə, onun istifadəsində dövlətin roluna xitam verilib və bitkoinin qanuni ödəniş vasitəsi olduğuna dair istinadlar qanunun mətnindən çıxarılıb.

Son sorğular göstərib ki, salvadorluların 91,8 faizi 2024-cü ilə qədər bitkoin istifadə etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu