HƏMAS Qəzza razılaşmasının birinci mərhələsinin uzadılmasına razı olmayacaq - bəyanat

HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə razılaşmanın birinci mərhələsinin uzadılmasına razı olmayacaq.
AFN.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mərdavi "Əl-Cəzirə" telekanalına açıqlamasında bildirib.
"Biz birinci mərhələnin uzadılmasına razı olmayacağıq və sazişin imzalandığı formada mərhələli şəkildə həyata keçirilməsində israrlı olacağıq", - deyə Mərdavi bildirib. O vurğulayıb ki, İsraillə müqavilənin şərtləri "təftişdən keçirilmir" və vasitəçilər "işğal hakimiyyətini müqavilənin şərtlərini yerinə yetirməyə məcbur etməlidirlər". Onun sözlərinə görə, İsrail yalnız mübadilə sövdələşməsi ilə girovlarını alacaq.
“Al Araby Al Jadeed” qəzeti isə mənbəlinə istinadən xəbər verib ki, misirli vasitəçilər İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs haqqında razılaşmanın birinci mərhələsinin iki həftə müddətinə uzadılması təklifini irəli sürüblər və bu müddət ərzində ikinci mərhələ üzrə danışıqlar başlamalıdır. Bildirilir ki, Qahirənin planına görə, iki həftə davam edəcək bu mərhələdə HƏMAS hər birində bir canlı və iki cəsəddən ibarət iki israilli girov qrupunu təhvil verməyi öhdəsinə götürəcək.