Bu il BRICS-ə yeni üzvlər qəbul edilməyəcək


BRICS 2023-cü ildə üzvlüyünü genişləndirdikdən sonra institusional problemlərlə üzləşir və klub bu il yeni üzvləri qəbul etməyəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə 2025-ci ildə kluba sədrlik edəcək Braziliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Genişləndirmə bir sıra institusional problemlər yaratdı. Çətinliklər fəaliyyətlərin sayının artması, mövcud mexanizmlər arasında işin bir qədər təkrarlanması və sənədlərin və təşəbbüslərin birləşdirilmiş və daimi reyestrinin olmaması səbəbindən yaranır”, - Cənubi Amerika ölkəsinin xarici siyasət departamentinin nümayəndələri qeyd ediblər.

Bundan əlavə, Braziliya Xarici İşlər Nazirliyi qeyd edib ki, hadisələr və sənədlərlə bağlı problemlər, əsasən, yeni BRİCS üzvlərinin inteqrasiyası üçün çətinliklər yaradır. Xüsusilə, söhbət Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya, İndoneziyadan gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu