BDU kollektivi "Ana harayı" abidəsini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi və tələbələri Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət edib.
BDU Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanları dərin ehtiramla yad olunub.