Mourinyo ağır cəza ala bilər

"Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın futbolçularına “meymun kimi tullanırdılar” ifadəsinə görə cəza ala bilər.
Türkiyə mediasında yer alan məlumata görə, UEFA İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.
Buna görə də çalışdırıcı minimum 10 matçlıq cəza ala bilər.
Qeyd edək ki, insident fevralın 24-də sonuncu “Qalatasaray”-"Fənərbaxça" derbisində yaşanıb. Öz növbəsində "Qalatasaray" klubu Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FİFA-ya şikayət ünvanlayıb.