Şolz Trampın Zelenski ilə bağlı sözlərinə cavab verib

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski barədə səsləndirdiyi tənqidi fikirlərə cavab verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, X sosial şəbəkəsində bu mövzuda paylaşım edib.
“Zelenskini demokratik legitimlikdən məhrum etmək sadəcə olaraq yanlış və təhlükəlidir” - deyə Şolz bildirib.
O, Ukraynada seçkilərin keçirilməsinin ancaq münaqişə bitdikdən sonra mümkün olduğunu vurğulayıb. Kansler qeyd edib ki, Zelenskinin səlahiyyət müddətinin başa çatması ilə bağlı siyasəti ölkə Konstitusiyasının və seçki qanunvericiliyinin tələblərinə uyğundur.
Qeyd edək ki, Tramp Ukraynada seçkilərin keçirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Zelenskinin reytinqi aşağıdır.