Fransa və Belçika NATO-nun Baltikyanı patrul missiyasına qoşulacaq


Şimali və Baltik regionundan kənar NATO ölkələri "Baltic Watch" missiyasına qoşulacaq.


Bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış Brüsseldə jurnalistlərə bildirib.

"Bu missiya NATO-nun Avropadakı müttəfiq qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli, baş katib Mark Rutte tərəfindən başladılıb və bu gün biz yalnız Baltikyanı ölkələrlə həmsərhəd olan ölkələrin deyil, həmçinin Fransa, Belçika və digər müttəfiqlərimizin də insidentlərin qarşısını almaq üçün kritik infrastrukturun qorunmasına cəlb ediləcəyi ilə bağlı bəyanatlar eşitdik" - deyə nazir bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu