ABŞ-a məxsus hərbi təyyarə San Dieqo körfəzinə düşdü
ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə San Dieqo körfəzinə düşüb və iki pilot xilas edilib.
San Dieqo Yanğınsöndürmə İdarəsi yerli medianı San Dieqo körfəzinə düşən hərbi təyyarə ilə bağlı məlumatlandırıb.
Yanğınsöndürmə rəsmilərinin bildirdiyinə görə, göyərtəsində iki pilotun olduğu E/A-18 G "Growler" hərbi təyyarəsi yerli vaxtla səhər saat 10:16 radələrində Şimal Adası Dəniz Hava Stansiyasının yaxınlığında San Dieqo körfəzinə düşüb.
Təyyarədən sağ-salamat çıxmağı bacaran iki pilot balıqçı qayığı ilə sürətlə sudan çıxarılıb və daha sonra xəstəxanaya aparılıb.
Pilotların həyatı üçün təhlükə olmadığı, təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilib.