KİV: ABŞ sağlamlıq səbəblərinə görə yeni miqrant qadağası tətbiq edə bilər


ABŞ prezidenti Donald Trampın administrasiyası qızılca və vərəmin yayılması ilə mübarizə bəhanəsi ilə sığınacaq axtaran şəxslərin ölkəyə girişini qadağan etməyi düşünür.


AFN.az xəbər verir ki, məlumatı "Wall Street Journal" yayıb.

Bildirilir ki, söhbət pandemiya zamanı qüvvədə olan “Title 42” sənədinin yenidən qüvvəyə minməsindən gedir. Bu tədbir artıq Tramp tərəfindən dövlət başçısı kimi ilk müddətində atılıb və formal olaraq koronavirusun yayılmasının qarşısını almağa yönəlib. “Title 42” Amerika səlahiyyətlilərinə sığınacaq axtaranların əksəriyyətini sanitar əsaslarla tez və qanuni şəkildə ölkədən çıxarmaq icazəsi verirdi.

Ağ Evin planlarına görə, bu dəfə həmin sənədə müraciət edilməsinə səbəb kimi miqrasiya nəticəsində vərəm və qızılca xəstəliyinin yayılması təhlükəsi göstəriləcək. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti vəziyyəti təhlil etmək üçün öz işçilərini cənubi Amerika sərhədinə göndərəcək.

Nəşr qeyd edir ki, Kanzas hazırda vərəm epidemiyası ilə mübarizə aparır və bəzi ştatlarda, o cümlədən Texasda qızılcaya yoluxma halları qeydə alınıb. Səlahiyyətlilər bunun ABŞ-ın cənub sərhədinin kütləvi şəkildə keçməsi ilə bağlı olub-olmadığıbarədə hələ məlumatlı deyillər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu